Azəricə (Azərbaycan dili)

LABTECH

Enter Site Slogan

Laborator avadanlıq

Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi üçün Torpaq Analizi üzrə Mini Laboratoriyaların təchizatı.

Labtech TM və CNFA USAID tərəfindən maliyyələşdirilən Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində Torpaq Analizi üçün Mini Laboratoriyaların təchizatı üzrə müqavilə imzalamışdır. ASAP layihəsinin məqsədi kiçik və orta aqrobizneslər və fermerlərə yardım təşəbbüsləri vasitəsilə iqtisadiyyatın diversifikasiyasına dəstək verməkdir.

Ardını oxu...

Qızılağac qoruğunda işçilərin suyun keyfiyyətinin müəyyən edilməsi bacarıqlarının inkişaf etdirilməsi.

Labtech TM şirkəti və UNDP-nin Azərbaycandakı Nümayəndəliyi Respublikanın mühafizə olunan ərazilərində Dəniz Ekosistemlərinin Səmərəli İdarəçiliyinin Təkmilləşdirilməsi Layihəsi çərçivəsində suyun keyfiyyətinin müəyyən edilməsi üçün sınaq avadanlığı dəstlərinin təchizatı üzrə müqavilə imzalamışdır. Layihə Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən seçilmiş Qızılağac qoruğunun Milli Parka çevrilməsi məqsədini daşıyır.

Ardını oxu...

Xəzər Universitetində Elmi-Tədqiqat Mərkəzinin açılışı

Labtech TM şirkəti Xəzər Universitetinin yeni Elmi Tədqiqat Mərkəzinin dizaynı və laborator mebel və avadanlıqla təchizatı üzrə tender qazanmışdır. Açılışı 2014/2015-ci il yaz semestrində planlaşdırılan Elmi Mərkəz bioloji elmlər departamentinin nəzdində fəaliyyət göstərəcəkdir. Mərkəzin laboratoriyasında ən müasir mebel və avadanlıqlar quraşdırılacaqdır. Burada praktik məşğələlər və elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur.Laboratoriyada biokimya, molekulyar biologiya, immunologiya,

Ardını oxu...

Mərkəzi Referens Laboratoriya

Labtech TM şirkəti Mərkəzi Referens Laboratoriya (MRL) üçün laborator avadanlıqların və mebel dəstlərinin satın alınması, təchizatı, quraşdırılması, istifadəçilərin təlimatlandırılması, zəmanət dövrü xidməti üzrə tender qazanmışdır. Bu layihə Bioloji Əməkdaşlıq Proqramı (CBEP) çərçivəsində həyata keçirilir və ABŞ-ın Təhlükənin Azaldırlması üzrə Müdafiə Agentliyi (DTRA) tərəfindən maliyyələşdirilir.

Ardını oxu...

Sınaq laboratoriyasının modernizasiyası layihəsi

LabTech TM və Holcim Sement şirkəti sınaq laboratoriyasının modernizasiyası layihəsi çərçivəsində tikinti materialları üçün sınaq avadanlığının təchizi və quraşdırlması üzrə müqavilə imzalamışdır. Laboratoriya dünyanın qabaqçıl sınaq avadanlığı istehsalçılarının məhsulları ilə təchiz olunacaq. Avadanlıqların analitik, texniki və fiziki-mexaniki xüsusiyyətləri xammal, yarımfabrikat məhsullar və sementin sınağı zamanı dəqiq və düzgün nəticələrin alınmasını təmin edir.

Laboratoriyanın yaradılması proqramı

LabTech TM şirkəti Avia-Aqreqat İstehsalat Birliyi tərəfindən elan olunmuş tenderdə qalib gəlmişdir. Tender Avia-Aqreqat zavodunda laboratoriyanın yaradılması üzrə ilkin proqramın tərtibatıda həsr olunmuşdur. Labtech TM şirkətinin mütəxəssisləri beynəlxalq tərəfdaşları ilə birgə laboratoriyanın təhlükəsiz, praktik və fasiləsiz işini və zavod tərəfindən yüksək keyfiyyətli məhsulların istehsal edilməsini təmin etmək məqsədilə laborator avadanlıqlar siyahısını tərtib etmişlər. Laboratoriya dünyanın qabaqçıl bredlərinə məxsus avadanlıq, mebel, məsrəf materialları və kimyəvi reagentlərlə təchiz olunacaqdır.

Online cavab

Analız üçün avadanlıqlar

Laborator mebel və şkaflar