Azəricə (Azərbaycan dili)

LABTECH

Enter Site Slogan

Laborator avadanlıq

Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi üçün Torpaq Analizi üzrə Mini Laboratoriyaların təchizatı.

Labtech TM və CNFA USAID tərəfindən maliyyələşdirilən Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində Torpaq Analizi üçün Mini Laboratoriyaların təchizatı üzrə müqavilə imzalamışdır. ASAP layihəsinin məqsədi kiçik və orta aqrobizneslər və fermerlərə yardım təşəbbüsləri vasitəsilə iqtisadiyyatın diversifikasiyasına dəstək verməkdir.

Layihə fəaliyyətlərindən biri torpaq analizi üçün mini laboratoriyaların əldə edilməsi və bu laboratoriyaların köməyi ilə aqronomların fermerlər üçün torpaq sınaqları və analizləri həyata keçirmələridir. Bu kimi fəaliyyətlər yerli istehsalçıların məhsulunun beynəlxalq keyfiyyət standartlarına uyğun olmasına, ixracın artmasına və daxili bazar tələbatlarının daha yaxşı ödənilməsinə kömək edəcəkdir. Mini laboratoriyalar tez, sadə və son dərəcə dəqiq 14 sayda müxtəlif test keçirmək imkanına malikdir

Online cavab

Analız üçün avadanlıqlar

Laborator mebel və şkaflar