Azəricə (Azərbaycan dili)

LABTECH

Enter Site Slogan

Laborator avadanlıq

Xəzər Universitetində Elmi-Tədqiqat Mərkəzinin açılışı

Labtech TM şirkəti Xəzər Universitetinin yeni Elmi Tədqiqat Mərkəzinin dizaynı və laborator mebel və avadanlıqla təchizatı üzrə tender qazanmışdır. Açılışı 2014/2015-ci il yaz semestrində planlaşdırılan Elmi Mərkəz bioloji elmlər departamentinin nəzdində fəaliyyət göstərəcəkdir. Mərkəzin laboratoriyasında ən müasir mebel və avadanlıqlar quraşdırılacaqdır. Burada praktik məşğələlər və elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur.Laboratoriyada biokimya, molekulyar biologiya, immunologiya, sitologiya, histologiya, botanika, zoologiya və digər bioloji elmlər üzrə praktiki məşğələlərin aparılması planlaşdırılır. Mərkəzdə bioloji elmlər üzrə tələbələr, doktorantlar və elmi işçilər öz elmi layihələri üzərində işləyəcək, laborator analizlər keçirəcək və elmi tədqiqat işləri üzərində çalışacaqlar.

 

Online cavab

Analız üçün avadanlıqlar

Laborator mebel və şkaflar